Donbasda ötən sutka daha 2 nəfər ölüb, 5-i yaralanıb

2018/08/184845814581_1530948790_1532774465_1534836181.jpg
Oxunub: 1407     15:20     21 Avqust 2018    
Ukraynanın Donbas vilayətində seperatçılarla ordu qüvvələri arasında qarşıdurmalar səngimək bildir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat katibi bildirib.

Qeyd olunub ki, ötən gün ərzində atəşkəs rejimi seperatçılar tərəfindən 23 dəfə pozulub.

Məlumata əsasən, baş verən qarşıdurmalarda 2 Ukrayna hərbçisi yaralanıb, itki yoxdur. Ukrayna hərbi kəşfiyyatı 2 seperatçının məhv edildiyini daha 3-nün isə yaralandığını bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin