Hindistan HHQ 4 ölkənin iştirakı ilə keçirilən təlimlərə ev sahibliyi edib

2018/08/45645_1534834357.png
Oxunub: 3553     14:52     21 Avqust 2018    
Hindistan Hərbi Hava Qüvvələrinin “Mount Abu” bazasında geniş miqyaslı hərbi təlimlər keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti yayıb.

Bildirilib ki, təlimlərdə ümumilikdə 48 təyyarə və helikopter, həmçinin 400-ə qədər hərbçi iştirak edib.

Məlumata əsasən təlimlər zamanı Şri Lanka, ABŞ və İndoneziyadan da 200-ə qədər hərbçi qatılıb.

Qeyd edək ki, uçuş manevrlərinin həyata keçirildiyi 4 günlük təlim ötən gün yekunlaşıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HHQ   Təlim  


Bizi "telegram"da izləyin