Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hərb dairəsinin mətbuat katibi Vadim Astafayev bildirib.
Onun sözlərinə görə, Suriyadakı Hmeymim aviabazasından hərbi polislər “İlyuşin II-76” hərbi nəqliyyat təyyarəsi ilə Şimali Osetiyadakı Mozdok bazasına eniş ediblər.
Onları qarşılayan Rusiya Müdafiə Nazirliyinin Baş Polis Bölməsinin sədr müavini polkovnik Vladimir Kovalyov göstərdikləri xidmətdən dolayı hərbçilərə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, artıq bir müddətdir ki, Rusiyanın Suriyada olan təyyarə və hərbçiləri ölkəyə geri dönməyə davam edirlər. Daha öncə də 35 təyyarə və helikopter, xüsusi məqsədli tibb bölüyü və hərbi polis zabitləri ölkəyə geri dönüblər.
Ağalar Ağalarlı
Ordu.az