Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Müdafiə naziri Hulusi Akar səsləndirib.
Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli hərbçilərlə birlikdə gecəni Şimali İraq sərhədində yerləşən Aktütündəki hərbi hissələrdən birində keçirib.
“Önümüzdəki günlərdə terroru mütləq sona çatdıracağıq. Ən sonuncu terrorçu zərərsizləşdirilənə qədər bu mübarizə davam edəcək. Heç bir yoldaşımızın qanı yerdə qalmayıb, qalmayacaq. Terror hücumlarının bədəli ödədilir, bundan sonra da ödədiləcək”, - deyə Akar bildirib.
Ağalar Ağalarlı
Ordu.az