“Ukroporonprom”un Rusiya ilə əlaqələrinə xitam verilib

2018/08/39580552_246544402659525_7691901928778760192_n_1534772556.jpg
Oxunub: 4099     02:13     21 Avqust 2018    
Poroşenko “Ukroboronprom” şirkətinin Rusiya ilə əlaqələrinin dondurulması ilə bağlı qərarı imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti yayıb.

Bildirilib ki, sözügedən şirkətin Rusiyaya hər hansısa hərbi yaxud yarımhərbi məhsulların satışına hərtərəfli qadağa qoyulub.

Məlumata əsasən, Ukrayna ali radasında qəbul edilən və prezident Poroşenko tərəfindən də imzalanan qanun şirkətlə Rusiya arasında bu ana qədər imzalanan müqavilələri də ehtiva edir.

Qeyd edək ki, hazırda tərəflər arasında mövcud olan müqavilələrin ümumi dəyəri 129 milyon dollar təşkil edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Ukroboronprom  


Bizi "telegram"da izləyin