Ukrayna keçmiş raket sistemlərini modernləşdirəcək

2018/08/39543651_1748315648624714_4198643901243850752_n_1534772267.jpg
Oxunub: 4095     00:33     21 Avqust 2018    
Ukrayna Sovet dövründən qalma anti-ballistik raket sistemlərini modernizasiya etməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Kosmos Agentiyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Sovet dövründən qalma raketdən müdafiə sistemləri ilə istifadə olunan elektron nəzarət sistemlərinin qərb mərkəzinin modernizasiyası məqsədilə tender elan edilib.

Mərkəzin modernizasiyası 5H86 radar stansiyasının proqram nəzarət sisteminin yaradılmasını və radar informasiyasının emalını təmin edəcək. Bu isə öz növbəsində ballistik raketlərin trayektoriyalarının və kosmik obyektlərin orbitlərinin izlənmə dəqiqliyini yüksəldəcək.

Modernizasiya prosesinə “Zhytomir Hərb İnstitutu” rəhbərlik edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Raket-Sistemləri   Modernizasiya  


Bizi "telegram"da izləyin