Ordu.az xəbər verir ki, hazırlıqlarla bağlı rəsmi görüntüləri “Planet Labs” aerokosmik şirkəti təqdim edib.
Bildirilib ki, peyk görüntülərindən KXDR-in paytaxtı Pxenyanın mərkəzi meydanı olan Kim Il-sunq meydanında on minlərlə insanın toplandığını aydın nəzərə çarpır.
Məlumata əsasən yüz minə qədər insanın iştirak etdiyi hazırlıqlarda raketlərin keçidi baş tutmasa da, çox sayda ağır silahlar təqdim edilib.
Qeyd edək ki, sözügedən parad KXDR-in müstəqillik günü münasibətilə 9 sentyabr tarixində həyata keçiriləcək.
Dəyanət Ağalarlı
Ordu.az