Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Mərkəzinin direktoru Dmitri Şuqayev bildirib.
O qeyd edib ki, Rusiyanın Hindistana satmağı planlaşdırdığı S-400 hava hücumundan müdafiə sistemlərinin və freqatların satışı ilə bağlı bütün məsələlər hazırdır.
“Biz artıq müqavilənin imzalanması üçün bütün hüquqi, texniki və kommersiya prosedurlarını keçirmişik və müqavilənin mətni hazırlanıb. Qarşı tərəfin razılıq verəcəyi təqdirdə ən qısa müddətdə layihə üzrə işlərə başlanıla bilər. Biz razılıqdan sonra dərhal ən geci oktyabr ayı ərzində müqavilənin imzalanacağına ümid edirik”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az