Mosulda baş verən partlayışda 3 əsgər yaralanıb

2018/08/image-650x325_1534771852.jpg
Oxunub: 2055     21:31     20 Avqust 2018    
İraqın Mosul vilayətində baş verən partlayış nəticəsində yarımhərbi qüvvələrin 3 hərbçisi yaralanıb.

Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə “Həşd əl-Şəbi”nin nümayəndəsi general-leytenant Əli əl-Yasim bildirib.

Onun sözlərinə görə, terrorçular Mosuldakı televiziya stansiyası yaxınlığında partlayıcı maddə ilə dolu maşını partladıblar. Partlayış nəticəsində yarımhərbi qoşunların 3 hərbçisi yaralanıb.

Qeyd edək ki, bu gün Neynəvədə İraq qoşunlarının İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyatda beş İŞİD üzvü ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Iraq   Mosul   Terror  


Bizi "telegram"da izləyin