Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi səsləndirib.
Xatırladaq ki, iki gün öncə Rusiya prezidenti Vladimir Putinlə Berlində bir araya gələn Almaniya kansleri Angela Merkel İranın raket proqramından narahatlığını dilə gətirib.
“O, onun məsləhətçiləri xəbərdar olmalıdırlar ki, nüvə sazişi və İranın raket proqramı ayrı-ayrı məsələlərdir və onların heç bir əlaqəsi yoxdur”, - deyə Merkelin bəyanatına cavab verən Qasımi bildirib.
O qeyd edib ki, İslam Respublikasının raket gücü müdafiə və çəkindirmə xarakterlidir.
Ağalar Ağalarlı
Ordu.az