Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafeyev məlumat verib.
Onun sözlərinə görə, Cənub Hərbi Dairəsinin Rostov vilayətində, Stavrapol və Kubanda yerləşən xüsusi təyinatlı birliklərində xüsusi taktiki təlimlər başlayıb.
"Xüsusi taktiki təlimlərə 2500-dən çox hərbi qulluqçu, o cümlədən zirehli “Kamazlar”, “Ris”, “Tayfun” zirehli avtomobilləri, həmçinin müasir uzaqdan idarə olunan döyüş modulları ilə təchiz edilmiş Arbalet də daxil olmaqla 100-dən çox texnika cəlb edilib”, - deyə Astafeyev bildirib.
Alpər Mövludoğlu
Ordu.az