Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İran Müdafiə nazirinin müavini briqada general Rza Taleyi bildirib.
O qeyd edib ki, sözügedən hava hücumundan müdafiə sistemləri Rusiyanın S-300 sistemlərinin təkmilləşdirilmiş versiyasıdır.
“Təqdim edilən “Bavar-373” hava hücumundan müdafiə sisteminin ilkin versiyasının sınaqlarına start verilib. Hələlik sınaqlar uğurlu davam edir. Əgər yekun testlərin son mərhələsinə qədər sistemlərdə hər hansısa problem aşkarlanmasa, onda 2020-ci ildən etibarən “Bavar-373”ün istifadəsinə başlanılacaq”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az