Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən helikopter ABŞ HHQ-də geniş miqyasda istifadə olunan MH-60 “Black Hawk” helikopteridir.
Məsələ ilə bağlı İraqdakı ABŞ hərbi qüvvələrinin mətbuat katibi polkovnik Sin Rayn bildirib ki, qəza nəticəsində azı 20 hərbçi yaralanıb, itki yoxdur.
Hələlik hadisəyə nəyin səbəb olduğu bilinməsə də, onun helikopterdəki nasazlıqdan dolayı baş verdiyi ehtimal olunur.
Qeyd edək ki, qəzanın təyyarə qalxarkən baş verməsi itkilərin qarşısını alan başlıca faktor olub.
Dəyanət Ağalarlı
Ordu.az