Ordu.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın “Kyodo” agentliyi yayıb.
Bildirilib ki, 1977-ci ildən qurumun üzvü olmasına baxmayaraq on illərdir ki, heç bir mülki təyyarə KXDR səmalarından uçuş məqsədilə istifadə edə bilmir.
Buna səbəb kimi Pxenyanın raket bazalarının mövcudluğu və onların heç bir xəbərdarlıq edilmədən mütəmadi olaraq sınaqlarının keçirilməsi göstərilir.
KXDR rəhbərliyi isə buna cavab olaraq artıq özünün raket poliqonlarında vəziyyətin qənaətbəxş olduğunu bildirir və səmalarının beynəlxalq uçuşlara hazır vəziyyətdə olduğunu göstərmək üçün ICAO-nu bu baza və poliqonların təftişinə dəvət edib.
Dəyanət Ağalarlı
Ordu.az