Keçmiş F-14 pilotu İran HHQ-nin rəhbərliyinə təyin edilib

2018/08/45_1534753476.jpg
Oxunub: 2171     16:23     20 Avqust 2018    
İran Hərbi Hava Qüvvələrinin başına İran-İraq müharibəsi veteranı general Əziz Nəsirzadə gətirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə əmri İranın ali lideri Ayətulla Əli Xamneyi verib.

Belə ki, əmrə əsasən, keçmiş F-14 pilotu Əziz Nəsirzadə bu postda 2008-ci ildən etibarən xidmət edən general Həsən Şahsəfini əvəz edib.

Qeyd edək ki, İran-İraq müharibəsi veteranı Əziz Nəsirzadə 40 ildən çoxdur ki, İran Hərbi Hava Qüvvələrində xidmət göstərir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-14   İran   HHQ  


Bizi "telegram"da izləyin