Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti yayıb.
Bildirilib ki, seperatçılar ötən gün ərzində atəşkəs rtejimini ümumilikdə 20 dəfə pozublar.
Məlumata əsasən, qarşıdurmalar zamanı Ukrayna ordusunun 1 hərbçisi yaralanıb, itki yoxdur. Ukrayna hərbi kəşfiyyatı ötən gün 1 seperatçının məhv edildiyini, daha 2-sinin isə yaralandığını bildirib.
Dəyanət Ağalarlı
Ordu.az