Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, “Hmeymim” bazasından havaya qalxan təyyarələr “Təhrir əş-Şam” tərəfindən hazırlanmış səngərləri yerlə-yeksan edib.
Bu səngərlərin İdlibin Sukik və Əl-Tamana qəsəbələri yaxınlığında yerləşdiyi və gələcəkdə Suriya ordusunu hədəf almaq üçün hazırlandığı bildirilir.
Sözügedən hava əməliyyatı ilə paralel olaraq Suriya Hərbi Hava Qüvvələri də Həma-İdlib oxu boyunca terrorçulara zərbələr endirib.
Ağalar Ağalarlı
Ordu.az