Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Çinin Suriya siyasəti üzrə nümayəndəsi Xi Xioyan bildirib.
O qeyd edib ki, Suriyada Çinə məxsus hərbi qüvvənin olması ilə bağlı səslənən fikirlər spekulasiyalardan başqa bir şey deyil.
“Son günlərdə mediada Çin əleyhinə kimlərinsə maraqlarına xidmət edəcək şəkildə provokativ xarakterli yazılar artmaqdadır. Ən son Suriyada Çinə məxsus hərbi qüvvənin olması ilkə bağlı səslənən iddialar şübhəsiz ki, sağlam düşüncənin məhsulu deyil və sadəcə təxribatdır. Suriyada Çinin hərbi mövudluğu müzakirə mövzusu belə deyil”, - deyə nümayəndə qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az