Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin səsləndirib.
Volodin Türkiyənin Ədalət və İnkişaf Partiyasının bu dəqiqələrdə baş tutan 6-cı konqresində iştirak etmək məqsədilə Ankaraya səfər edən Rusiya nümayəndə heyətinə rəhbərlik edir.
Ankarada ilk olaraq Türkiyə Böyük Millət Məclisinin spikeri Binali Yıldırımla görüşən Volodin Moskva, Ankara və Tehranın koordinasiyalı tədbirlərinin uğurlarından danışıb.
Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin bir sıra rəsmiləri ilə görüşlər keçirərək gündəmə uyğun müzakirələr aparması gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az