SQQ Həma və İdlibdə terrorçuları artilleriya yağışına tutub

2018/08/13970515000595_Test_PhotoI_1534586773.jpg
Oxunub: 1970     18:08     18 Avqust 2018    
Suriya Quru Qoşunlarının topçu birlikləri Həma və İdlibdə "Hayat Təhrir Əş-Şam" terrorçu qruplaşmasının mövqelərini intensiv artilleriya atəşinə tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, ordu terrorçuların nəzarətində olan İdlibin cənubundakı 5, Həmanın şimalındakı 2 müxtəlif şəhərə intensiv top atəşi açıb.

Məlumata əsasən, hücumlarda onlarla terrorçu zərərsizləşdirilib. Ordu hələlik hücumlarını davam etdirir. Artilleriya hücumları yekunlaşdıqdan sonra sözügedən məntəqələrə hərbi qüvvələr yeridiləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib   Həma   HTŞ  


Bizi "telegram"da izləyin