İranlı general: “Növbəti həftə yeni silahlarımızı təqdim edəcəyik”

2018/08/456456_1534582647.jpg
Oxunub: 2748     16:56     18 Avqust 2018    
"İran ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq hərbi quruculuğunu davam etdirir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran Müdafiə nazirinin müavini general Rza Taleyi bildirib.

O qeyd edib ki, İranın hərbi sənayesi ABŞ-ın sanksiyalarından qətiyyən təsirlənməyəcək.

“Kukla dövlətlər özlərinin iqtisadi güclərinə güvənərək İrana təsir etmək istəyirlər, lakin bu sadəcə olaraq İranı daha da gücləndirir və öz üzərində daha çox işləyib xaricə bağlılıqlarını aradan qaldırmağa təşviq edir. İran hərbi sənayesi sanksiyalardan qətiyyən də olsa sarsılmayıb. Növbəti həftə yeni silahlarımızı təqdim edəcəyik. Bu silahlar əsəbi düşməni bir az da məyus edəcək”, - deyə Taleyi bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Hərbi-quruculuq   Sanksiya  


Bizi "telegram"da izləyin