Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, 2012-ci ildən etibarən prezident postunu tutan Tsinpinqin KXDR-ə ilk səfəri olacaq.
Sonuncu dəfə KXDR-ə səfər edən Çin prezidenti Tsinpinqin sələfi olan Hu Cintao olub və səfər 2005-ci ildə baş tutub.
Qeyd edək ki, Çin KXDR-in əsas partnyoru hesab edilir. Bu il ərzində Kim Çen In üç dəfə Pekində olub və müxtəlif məsələlər üzrə danışıqlar həyata keçirib.
Si Tsinpinqin xəbəri ABŞ-ın KXDR-ə nüvə proqramından imtina etməsi üçün yeni sanksiyalar tətbiq etməsindən sonraya təsadüf edir. Belə ki, bu həftə ABŞ KXDR-ə alkoqol və tütün məhsulları ixrac edən Çin firmalarına sanksiyalar tətbiq edib.
Ağalar Ağalarlı