Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunun üçün artıq bir neçə şirkət müraciət etsə də, Britaniya hökuməti heç bir təklifin qənaətbəxş olmadığını bildirib.
Qeyd olunub ki, Böyük Britaniya Müdafiə Nazirliyi istehsal olunacaq “Type 31” gəmilərin hər biri üçün 1,6 milyard dollar ayırmağı planlaşdırır.
Lakin bu məbləğ demək olar ki, hazırda bazardakı heç bir şirkət tərəfindən cəlbedici təklif kimi qəbul edilməyib. Ən uyğun təklif edən “BAE Systems” gəmilərin hər biri üçün təxminən 1,75 milyard dollar təklif edib.
Qeyd edək ki, ümumilikdə 8 milyard dollar dəyərindəki layihənin 2019-2028-ci illərdə həyata keçirilməsi və gəmilərin istehsalının və təhvil-təslim işlərinin paralel aparılması planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az