Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, hərbi yardım paketi çərçivəsində Ukrayna ordusuna iki batareya əleyhinə radarı çatdırılıb.
Hərbi ləvazimatın təhvil alınması mərasimi Kiyevdə baş tutub və mərasimdə ABŞ-ın Ukraynadakı səfiri Maria Yovanovitç və Ukrayna BQ rəisi Viktor Muzhenko da iştirak edib.
Muzhenko Birləşmiş Ştatların Ukrayna ordusunu müasir hərbi ləvazimatlarla təchiz etməsini ordudakı islahatların həyata keçirilməsində əhəmiyyətli faktor kimi dəyərləndirib.
Ağalar Ağalarlı
Ordu.az