Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, nazirlik bu yardımın Suriya xalqına daha böyük bədbəxtlik gətirəcəyini bildirib.
Suriya XİN ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin minlərlə suriyalını öldürdüyünü və hökumət qüvvələrinin mövqelərinə hücumlar etdiyini xatırladıb.
Bildirilib ki, İŞİD-dən azad edilmiş ərazilərdə sabitliyə töhfə adı ilə ayrılacaq bu maliyyə əksinə həmin regionlarda terrorçuların yenidən güclənməsinə gətirib çıxaracaq.
Ağalar Ağalarlı
Ordu.az