Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidməti məlumat yayıb.
“Bu gün Ukraynada istehsal olunan qanadlı raketin uçuş sınaqlarının əhəmiyyətli mərhələsidir. Sınaq planlaşdırıldığı kimi baş tutdu və raket 100 kilometr məsafədəki hədəfi məhv elədi”, - deyə məlumatda qeyd olunub.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov bu raketin Qara və Azov dənizi sahillərində Ukrayna ordusuna etibarlı müdafiə təmin etmə imkanına malik olduğunu bəyan edib.
Ağalar Ağalarlı
Ordu.az