SQQ Sveydədəki hərbi qüvvələrini bölgədən çıxaracaq

2018/08/alalam_635593312261106298_25f_4x3_1534514695.jpg
Oxunub: 2222     21:57     17 Avqust 2018    
Suriya Quru Qoşunlarının Əl-Sveydədə yerləşdirilmiş hərbi birlikləri bölgədəki əməliyyatların uğurla yekunlaşdırılmasından sonra bölgədən çıxarılması ilə bağlı qərar verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu Sveydənin İŞİD terrorçularının və müxaliflərin nəzarətindəki sonuncu məntəqələri də azad etdiyi üçün artıq artıq bölgədə çox sayda hərbi qüvvə saxlamağa ehtiyac qalmayıb.

Məlumata əsasən Sveydənin müxtəlif istiqamətlərində yerləşdirilən 4-5 min arası hərbi qüvvənin azı 3 mini ölkənin şimalına doğru istiqamətləndiriləcək. Yerdə qalan hərbi qüvvə isə Sveydəyə nəzarəti həyata keçirəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Sveydə  


Bizi "telegram"da izləyin