Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Deyr əz-Zorda olan hərbi mənbə bildirib.
Mənbənin sözlərinə görə, vilayətin Fərat çayı vadisinin şərqində yerləşən Həccin qəsəbəsində fəaliyyət göstərən terrorçulara ağır zərbələr endirilib.
İraq HHQ-yə məxsus döyüş təyyarələri birbaşa terrorçuların Həccin yaxınlığındakı düşərgəsini hədəf alıb. İtkilər barədə dəqiq məlumat olmasa da, çox sayda terrorçunun zərərsizləşdirildiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az