Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov səsləndirib.
“Biz bu barədə şərh bildirməyəcəyik. Helsinki sammiti ilə bağlı deyilməli olan hər şeyi artıq demişik, deyiləcək yeni bir fikir yoxdur”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, bir sıra mənbələr ötən ay Helsinkidə baş tutan Tramp-Putin sammitində Rusiya prezidentinin İranın Suriyadan çəkilməsi fikrinə dəstək verdiyini iddia ediblər.
Ağalar Ağalarlı
Ordu.az