SQQ Küneytrə əməliyyatlarını uğurla yekunlaşdırıb

2018/08/IMG22425470_1534507598.jpg
Oxunub: 3217     20:04     17 Avqust 2018    
Suriya Quru Qoşunları Əl-Küneytrə vilayətinin nəzarətini tam olaraq ələ alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu qüvvələri Küneytrənin terrorçuların və müxaliflərin nəzarətindəki son 3 yaşayış məntəqəsini də azad edib.

Belə ki, Bəriqəh, Biər Əl-Əcəm və Əl-Qəhtəniyəh məntəqələrinin də azad edilməsi ilə ordu Əl-Küneytrə əməliyyatlarını da uğurlu şəkildə yekunlaşdırıb.

Qeyd edək ki, sözügedən məntəqələr uğrunda aparılan döyüşlərdə 40-a qədər İŞİD terrorçusu və müxalif zərərsizləşdirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Küneytrə  


Bizi "telegram"da izləyin