Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ukrayna Baş Qərargah rəisi Viktor Mujenko bildirib.
O qeyd edib ki, Ukrayna hərbi rəhbərliyi artıq ABŞ-ın növbəti il üçün edəcəyi maliyyə yardımının hansı məqsədlə istifadə ediləcəyi ilə bağlı Vaşinqtonla ikitərəfli müzakirələrə başlayıb.
“ABŞ-dan əldə ediləcək hərbi yardım paketinin əsasən hava hücumundan müdafiə və elektron müharibə sistemlərinin modernizasiyası üçün istifadə olunması planlaşdırılır. ABŞ göstəriləcək maliyyə yardımının təyinatı üzrə istifadə ediləcəyinə xüsusilə nəzarət edəcək”, - deyə Mujenko bildirib.
Dəyanət Ağalarlı
Ordu.az