Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu yardım Suriyanın artıq İŞİD-dən təmizlənmiş bölgələrini əhatə edəcək.
Qeyd edək ki, İŞİD-ın Suriyada nəzarət etdiyi ərazilərin genişliyi artıq 1000 kvadrat-kilometrə qədər azalıb. Terrorçuların Rəqqadan çıxarılmasından sonra isə 150 mindən çox adam bölgəyə geri dönüb.
Səudiyyə Ərəbistanının planı ilə bağlı açıqlama verən ABŞ Dövlət Departamenti bu qərarı məmnuniyyətlə qarşıladıqlarını və onun Suriyada sabitliyin bərpasına böyük töhfə verəcəyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az