Rusiya "Hmeymim" yaxınlığında zərərsizləşdirilən dronları nümayiş etdirib

2018/08/1060677099_1534495016.jpg
Oxunub: 1351     16:39     17 Avqust 2018    
Rusiya son bir həftə ərzində “Hmeymim” bazasına hücum edərkən vurulan dronları mətbuat üzvlərinə nümayiş etdirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bazaya qarşı terror hücumları barəsində jurnalistləri məlumatlandırıb.

“Geridə qalan bir ay ərzində bazaya hücum etməyə çalışan 45 dron bazanın havadan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib. Onlardan beşi isə son 3 gündə vurulub”, - deyə Konaşenkov bildirib.

Onun sözlərinə görə, dronların qanadlarının uzunluğu 3,5 metrə qədər, uçuş mənzilləri isə 100 kilometrdən çoxdur və onlar 3,5 kilometr yüksəklikdə 10 qədər partlayıcı qurğu daşıyaraq uça bilirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hmeymim   Terror  


Bizi "telegram"da izləyin