Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, ordu qüvvələri Əl-Sveydənin İŞİD-in nəzarətindəki sonuncu məntəqəsi olan Təlul Əl-Səfa şəhərini də terrorçu qruplaşmadan azad edib.
Rəsmi məlumata əsasən, şəhər uğrunda gedən döyüşlərdə azı 20 terrorçu məhv edilib, daha 14-ü yaralanıb.
Qeyd edək ki, Suriya ordusu bununla da Əl-Sveydə əməliyyatlarını uğurla yekunlaşdırıb.
Dəyanət Ağalarlı
Ordu.az