Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-nın rəhbərlərindən olan “Mam Zəki Şəngali” ləqəbli terrorçunu zərərsizləşdirib.
Ordu.az xəbər verir ki, Türkiyə Baş Qərargahı terrorçunun zərərsizləşdirmə anına aid qeydə alınan videonu yayımlayıb.
Videodan da aydın olduğu kimi, terrorçunu daşıyan maşının da olduğu karvan İraqın şimalındakı dağlıq ərazidə PUA vasitəsilə əvvəlcədən izlənilir.
Həyata keçirilən hava əməliyyatı ilə “Mam Zəki Şəngali”nin içində olduğu maşın vurulur. Bu zaman terrorçular onu maşından çıxararaq başqa bir vasitə ilə ərazidən uzaqlaşdırmağa çalışsalar da, bu dəfə də ikinci maşın vurularaq məhv edilir.