Suriya İdlibə xüsusi təlim görmüş hərbçilər göndərib

2018/08/5th-Corps-1-688x516_1534489921.jpg
Oxunub: 1624     15:07     17 Avqust 2018    
Suriya Quru Qoşunlarının Rusiya hərbçiləri tərəfindən yetişdirilmiş 5-ci korpusunun İdlib istiqamətində göndərildiyi bildirilib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu əsgərlər bu vaxta qədər Dera vilayətində Rusiya hərbçiləri tərəfindən təlim görüb.

Bu əsgərlərin Suriya ordusunun bir müddətdir hazırlaşdığı İdlib əməliyyatında əsas rolu üstlənməsi gözlənilir. Eyni zamanda İdlib ətrafında terrorçuların mövqeləri ağır artilleriya və raket atəşinə tutulub.

Qeyd edək ki, Suriya Silahlı Qüvvələri 2016-cı ilin noyabrında 5-ci hücum korpusunun yaradıldığını elan edib. Elit qüvvə kimi formalaşdırılan korpusun hərbçiləri Rusiya ordusu tərəfindən təşkil olunan təlimlərə qatılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya   İdlib  


Bizi "telegram"da izləyin