Ordu.az xəbər verir ki, bu barədə açıqlama Pentaqonun mətbuat xidmətindən verilib.
Bəyanatı səsləndirən Pentaqon rəsmisi Sin Robertson bildirib ki, son günlərdə İŞİD-in hələ də 30 minlik terrorçu qüvvəyə sahib olması ilə bağlı səsləndirilən iddialar bu qruplaşmanın beynəlxalq miqyasda təhlükəsizliyə qarşı yaratdığı təhdidin əhəmiyyətindən xəbər verir.
“Bir neçə gün öncə İŞİD-in Suriya və İraqda 30 minlik canlı qüvvəyə sahib olduğu bildirildi. Bu olduqca böyük bir rəqəmdir və qruplaşmanın regional və beynəlxalq miqyasda olan əhəmiyyətini bir daha göz önünə sərir. Nəinki 30 min hətta 1 terrorçu belə ABŞ tərəfindən ciddi təhlükə kimi qəbul edilir. ABŞ bu təhdidi aradan qaldırmadığı müddətcə mübarizəsini yekunlaşdırmayacaq”, - deyə bəyanatda qeyd edilib.
Dəyanət Ağalarlı
Ordu.az