Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, İraq Silahlı Qüvvələri Baş Qərargah rəisinin əmrinə əsasən ordunun F-16 qırıcıları Suriya ərazisində İŞİD-ə aviazərbələr endirib.
Bu aviazərbələr nəticəsində artıq İŞİD-in Suriyadakı “əməliyyatlar otağı”nın dağıdıldığı və çox sayda üzvünün məhv edildiyi bildirilib.
“Kəşfiyyat məlumatında görə, əməliyyat nəticəsində İraq daxilində qarşıdakı bir neçə gün ərzində kamikadze aktları törədərək günahsız insanları hədəf almağı planlaşdıran terrorçular məhv edilib”, - deyə İraq ordusunun bəyanatında qeyd olunub.
Ağalar Ağalarlı
Ordu.az