Rusiya Suriyaya yenidən hərbi texnika göndərib

2018/08/39391360_242900186567387_3504495195284570112_n_1534427907.jpg
Oxunub: 4217     22:00     16 Avqust 2018    
Rusiya donanması dəniz yolu ilə Suriyadakı hərbi bazaya hərbi texnikaların göndərilməsinə davam edir.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, daşınmanın şahidləri Rusiya donanmasına məxsus gəminin Bosfor boğazından keçərək Tartus istiqamətində irəlilədiyini bildiriblər.

Şahidlərin sözlərinə görə, Rusiyanın “Project 745 BSF Sorum” sinifli MB304 gəmisi və təxribat əleyhinə patrul gəmisi “Yunarmeets Kryma 836” Aralıq dənizi vasitəsilə Tartus şəhərinə gedib.

MB304 gəmisinin özü ilə Tartusa hərbi texnika daşıdığı, patrul gəmisinin isə regional sularda terrorçu qüvvələrin təxribatlarına qarşı tapşırıqlar həyata keçirəcəyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Tartus  


Bizi "telegram"da izləyin