Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ukrayna Baş Qərargah rəisi Viktor Mujenko verib.
O bildirib ki, donanmanın Azov dənizindəki mövcudluğu genişləndirilməlidir və hazırda bununla bağlı işlər aparılır.
“Biz Azov dənizindəki filotiliyamızı daha da genişləndirməyi planlaşdırırıq. Buradakı döyüş gəmilərinin və hərbi qüvvələrin sayı ən azı 2 dəfə artırılacaq. Artıq layihənin maliyələşdirilməsi ilə bağlı hökumətə müraciət də edilib”, - deyə o vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az