Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Birləşdirilmiş Qüvvələr Əməliyyatının komandiri Sergey Nayev səsləndirib.
O qeyd edib ki, əməliyyatlar start götürdüyü 30 aprel tarixindən bu yana 2 yaşayış məntəqəsi seperatçılardan azad edilib.
“Birləşdirilmiş Qüvvələr Əməliyyatı nəticəsində Donetskin Pivdenne və Luqanskın Zolote-4 məntəqələri daxil olmaqla, ümumilikdə 15 kvadrat kilometr ərazi azad edilib. Atəşkəsin əldə olunduğu 1 iyul tarixinə qədər 300-dən çox seperatçı zərərsizləşdirilib”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az