Almaniya ordusunun 70-80 helikopterə ehtiyacı var

2018/08/airbus-h145-helicopter-H145-EXPH-1745-11-1170x610_1534424856.jpg
Oxunub: 4477     01:36     17 Avqust 2018    
Almaniya ordusunun müxtəlif qanadlarının ümumilikdə 70-80 ədəd yeni yüngül helikopterə ehtiyacı var.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu, Almaniya ordu fondunun apardığı araşdırma nəticəsində aydın olub.

Araşdırmada deyilir ki, ordudakı helikopter çatışmazlığı müxtəlif problemləri bərabərində meydana gətirir. Belə ki, bu çatışmazlıqdan dolayı pilotlar üçün həyata keçirilən təlimlər və bəzi missiyaların həyata keçirilməsi zamanı uçuş saatı standartlardan aşağı olur.

Hələlik tam hissəsi ictimaiyyətlə paylaşılmayan yazıda 70-80 ədəd yüngül helikopterin zəruriliyi vurğulansa da, hansısa satınalma proqramı ilə bağlı qərar yoxdur.

Almaniya Müdafiə naziri Ursula von der Leyen bir müddət öncə helikopterlərin saxlandığı aviabazaya ziyarəti zamanı yeni yüngül helikopterlərin alınmasının mümkünlüyündən danışıb.

Sözügedən araşdırmanın “Airbus” tərəfindən istehsal edilən H145M yüngül helikopterlərinin sifarişini təşviq edəcəyi ehtimal edilir. Bu vaxta qədər Almaniya bu helikopterlərdən 15 ədəd orduya tədarük edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Airbus   Helikopter  


Bizi "telegram"da izləyin