Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mujenko hazırda ordunun sahib olduğu potensialın daha da gücləndirilməsi üçün yetərli maliyyə ehtiyatlarının hələlik əlçatmaz olduğunu bildirib.
O qeyd edib ki, Ukrayna ordu rəhbərliyi növbəti ildən hərbçilərə verilən əmək haqqını 225 dollardan 547 dollara qaldırmağı planlaşdırır.
“Bizim hesablamalırımız onu göstərir ki, ordunun müharibəyə hazır vəziyyətdə saxlanılması məqsədilə 2019-cu il üçün nəzərdə tutulan hərbi büdcə azı 4 milyard dollar olmalıdır. Biz bu məbləğlə hər hansısa imkanların genişləndirilməsindən danışa bilmərik. Bu, sadəcə ordunun hazırkı imkanlarının mövcud vəziyyətdə saxlanılmasına imkan verəcək”, - deyə Ukrayna Baş Qərargah rəisi bildirib.
Qeyd edək ki, hazırda Ukrayna hərbi büdcəsi təxminən 3 milyard dollar civarındadır.
Dəyanət Ağalarlı
Ordu.az