Britaniyalı səfir: “Livan ordusunu dəstəkləməyə davam edəcəyik”

2018/08/39217482_317857535447730_6897762913835024384_n_1534422617.jpg
Oxunub: 3248     23:48     16 Avqust 2018    
Böyük Britaniya və ABŞ Livan ordusuna göstərdikləri dəstəyi bundan sonra da davam etdirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Böyük Britaniyanın Livandakı səfiri Hüqo Şorter bildirib.

O qeyd edib ki, ABŞ və Böyük Britaniya Livanın bölədəki əhəmiyyətini düzgün qiymətləndirir və buna görə də bu ölkənin təhlükəsizliyini prioritet kimi qəbul edir.

“ABŞ və Böyük Britaniya Livan ordusunun 2019-cu ilə kimi Livan-Suriya sərhədində yaşanan təhlükələri aradan götürməsini istəyir. Biz bu məqsədlə Livana və Livan ordusuna göstərdiyimiz hərbi dəstəkləri davam etdirəcəyik”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Britaniya   Suriya  


Bizi "telegram"da izləyin