Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Adıyaman bölgə rəhbərliyi yayıb.
Bildirilib ki, jandrama qüvvələri bir az öncə Adıyamanın Quyucaq şəhəri yaxınlığında PKK terror qruplaşmasına qarşı əməliyyat keçirib.
Məlumata əsasən jandarma bölüklərindən biri mülki avtomobillə təhlükəsiz bölgəyə keçid etmək istəyərkən terrorçu olduqlarını düşünən digər bölük səhvən onlara atəş açıb. Hadisə nəticəsində 3 hərbçi həlak olub.
Qeyd edək ki, daha 1 hərbçi isə terrorçuların partlayıcı maddə ilə həyata keçirdiyi hücum zamanı həlak olub.
Dəyanət Ağalarlı
Ordu.az