TSQ PKK terror qruplaşmasına ağır zərbə endirib

2018/08/thumbs_b_c_0535a3835f94ed222bd0cc92e282cc6c_1534420483.jpg
Oxunub: 2827     19:52     16 Avqust 2018    
Türkiyə təhlükəsizlik qüvvələrinin həm ölkə daxilində, həm də xaricdə apardığı anti-terror əməliyyatları nəticəsində PKK-nın çox sayda vacib mənsubu zərərsizləşdirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, son günlərdə Türkiyənin şərq və cənub-şərq hissələrində aparılan quru və hava əməliyyatlarında terrorçuların həm canlı qüvvələrinə, həm də logistik imkanlarına ciddi zərbə endirilib.

Digər tərəfdən Türkiyə Silahlı Qüvvələri və Türkiyə Milli Kəşfiyyat Təşkilatının ölkə xaricində birlikdə həyata keçirdiyi əməliyyatlarda isə terrora qarşı mübarizədə əhəmiyyətli nəticələr əldə edilib.

1998-ci ildə jandarma helikopterinin vurulması nəticəsində 15 əsgərin şəhid olmasının günahkarı olan və qırmızı kateqroiyadan axtarılan Səfər Açar Bitlisəd zərərsizləşdirilib.

Başqa bir terrorçu, "Mervan" ləqəbli Yunus Dalğın isə Tuncəlinin Nazımiyə bölgəsində zərərsizləşdirilən terrorçular arasında idi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   PKK   Terror  


Bizi "telegram"da izləyin