Fransa ordusu İordaniyada dron əleyhinə müharibə təlimləri keçirir

2018/08/TQ2A5DQ3NRCVNLLHRKYGPHOY3U_1534416505.png
Oxunub: 2876     18:45     16 Avqust 2018    
Fransa ordusunun dron əleyhinə havadan müdafiə qüvvələri İordaniyada dron əleyhinə müharibə təlimlərinə qatılıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlim zamanı dronun uzaqdan nəzarət siqnalını poza bilən tüfəng formalı antennalardan istifadə edilib. Bu cihazlar dünyada dronla mübarizədə geniş istifadə olunur.

Qeyd edək ki, Fransanın İŞİD-ə qarşı mübarizə və İraq hökumətinə dəstək məqsədilə 1100-ə qədər hərbçisi Yaxın Şərq bölgəsində fəaliyyət göstərir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Təlim   Dron  


Bizi "telegram"da izləyin