Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Sentyabrın əvvəllərində daha bir üçlü görüşün baş tutması mümkündür. Diplomatik kanallar vasitəsilə hər üç lider buna razılıq verdikdən sonra məsələ ilə bağlı detallar ictimaiyyətə açıqlanacaq”, - deyə Peskov bildirib.
Qeyd edək ki, bundan daha öncə isə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın liderlər arasında növbəti görüşün növbəti ayın ilk həftəsində Tehranda baş tutacağını bildirib.
Ağalar Ağalarlı
Ordu.az