Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə Əl-Bukayriyyə şəhərində baş verib. Paytaxt Ər-Riyaddan 3 saatlıq məsafədə yerləşən şəhərdə meydana gələn hadisə zamanı bir terrorçu zərərsizləşdirilib.
Onun, üzərinə partlayıcı qurğular yerləşdirilmiş kəmər geyindiyi və İŞİD-lə bağlı şüarlar səsləndirdiyi bildirilir. Atışma nəticəsində yaralanan terrorçu hospitala aparılıb, onun vəziyyəti barədə məlumat yoxdur.
Ağalar Ağalarlı
Ordu.az