Almaniya HHM sistemlərini modernizasiya etdirəcək

2018/08/Снимок_1534414878.png
Oxunub: 2807     18:20     16 Avqust 2018    
Almaniya sahib olduğu bütün hava hücumundan müdafiə sistemlərinin əsaslı yenidənqurulması üçün “Lockheed Martin” və MBDA şirkətləri ilə razılıq əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Almaniya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, hər iki şirkətlə əldə edilən yekun razılığa əsasən qarşıdakı 4 il ərzində Almaniya ordusunun xidmətindəki bütün hava hücumundan müdafiə sistemləri modernizasiya ediləcək.

Məlumata əsasən “Taktisches Luft Verteidigungs System” (TLVS) adı verilən layihə çərçivəsində azı 60 hava hücumundan müdafiə sistemi modernizasiya ediləcək, həmçinin MEADS sistemlərinin təkmilləşdirilmiş yeni versiyası təqdim ediləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   HHM-Sistemləri   Lockheed-Martin   MBDA   TLVS  


Bizi "telegram"da izləyin